"Bakı haqqında çox gözəl təəssüratlarım yaranıb" - Ani Lorak

"Bakı haqqında çox gözəl təəssüratlarım yaranıb" - Ani Lorak
20:57 27 İyul 2017
114 Şou
Ölkə mətbuatı
A- A+

Bakı haqqında çox gözəl təəssüratlarım var. Şəhərinizi çox sevirəm. İnsanlarınız çox qonaqpərvər və mehribandırlar. Mətbəxiniz isə başqa bir aləmdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Ukraynanın Xalq Artisti Ani Lorak söyləyib.

"Çox xoşbəxtəm ki, belə bir festival keçirmək imkanı yaranıb və burada iştirak edə bilirik. Tamaşaçılarla görüşü həvəslə gözləyirəm. Biz onlara musiqi sürprizi hazırlamışıq. Görüş sevincini yaşayıram. Hamıya bu festivalda yaxşı vaxt keçirməyi arzulayıram", - deyə Ani Lorak qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/567309.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR