Çin ordusunun 90 illiyini Bakıda qeyd etdilər

Çin ordusunun 90 illiyini Bakıda qeyd etdilər
21:19 27 İyul 2017
73 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda Çinin Silahlı Qüvvələri Gününə həsr olunmuş rəsmi qəbul keçirilib. APA-nın məlumatına görə, tədbirdə müdafiə nazirinin müavini Kərim Vəliyev və digər yüksək rütbəli zabitlər, diplomatik korpusun nümayəndələri, hərbi attaşelər iştirak edib.

 

APA-nın xəbərinə görə, Çin səfirliyinin hərbi attaşesi Çjan Tsunqo Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 90-cı ildönümünün ölkəsində ən mötəbər dövlət tədbirlərindən biri olduğunu deyib. O, Çin ordusunun sosializmin qurulmasında, dövlət suverenliyinin müdafiəsi, xalqların azad edilməsi istiqamətində böyük rol oynadığını deyib. Hazırda orduda islahatların aparıldığını deyən hərbi attaşenin sözlərinə görə, son 5 il ərzində Çin ordusunun qoşun təchizatı üzrə dünyada böyük nailiyyətlər əldə etdiyini, quru qoşunlardan yeni nəsil silahlarla təchiz olunan orduya keçidin reallaşdığını vurğulayıb.

 

Ölkəsinin sərbəst müstəqil siyasət sürdüyünü və hegemonluğa qarşı olduğunu deyən hərbi attaşe ölkəsinin Azərbaycan ilə münasibətlərə önəm verdiyini vurğulayıb.

 

"Çin və Azərbaycan arasında qədim əlaqələr var. Böyük İpək Yolu xalqlar arasında sıx münasibətlərə səbəb olub. Diplomatik əlaqələrin 25 ili ərzində iki ölkənin dövlət başçıların səyləri nəticəsində Silahlı Qüvvələr arasında əlaqələr sürətlə inkişaf edib. İkitərəfli genişlənən münasibətlər iki ölkə xalqlarının maraqlarına cavab verir, beynəlxalq sabitliyi təmin edir və inkişafa təkan verir", -deyə hərbi attaşe bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/280090

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR