ARB TV-nin çəkiliş qrupuna hücum etdilər - "Qaqa, cavan oğlansan, sözün varsa..." - VİDEO - FOTO

ARB TV-nin çəkiliş qrupuna hücum etdilər - "Qaqa, cavan oğlansan, sözün varsa..." - VİDEO - FOTO
21:52 27 İyul 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Yevlax Mərkəzi Rayon Xəstəxanasında yanğın baş verib.

Milli.Az ARB TV-yə istinadən  xəbər verir ki, 4-cü mərtəbədə baş verən yanğın səbəbindən xəstəxananın həkim heyəti və xəstələr təxliyyə olunublar. Onlar Ağdaş, Mingəçevir və Gəncədəki tibb müəssisələrinə köçürülüblər.

Hadisə yerinə icbari tibbi sığorta üzrə dövlət agentliyinin nəzdində olan tibb müəssəsində baş verən yanğını işıqlandıran ARB TV-nin çəkiliş qrupuna özlərini xəstəxananın əməkdaşları adlandıran şəxslər hücum ediblər.

Telekanal əməkdaşlarına zor tətbiq edərək, çəkilişə mane omağa çalışaraq, texniki avadanlıqlara da zərər yetiriblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/567312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR