Bakı bazarlarında ekzotik tərəvəzlər satılır - VİDEO

Bakı bazarlarında ekzotik tərəvəzlər satılır - VİDEO
22:05 27 İyul 2017
Ölkə mətbuatı
A- A+

Selderey, rukola, imbir və ya xren. Bakıda bazarlarda eqoztik göyərtilər satılır. Başqa ölkələrdə yetişən bu göyərtilər müxtəlif yemək və salatların hazırlanmasında istifadə olunur. Eyni zamanda müxtəlif xəstəliklərin də dərmanıdır. Əməkdaşlarımız bu gün göyərti bazarında olublar. O da məlum olub ki, möhkəm istilər yerli göyərtilərin azalmasına səbəb olub.

Görünüşləri diqqət cəlb edir, amma kimdən soruşsan bilməz ki, bunlar nədir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, selderey, rukola, imbir və xren ekzotik göyərtilərdir. Başqa ölkələrdə yetişsədə, son illərdə yerli təsərrüfatçılar bu göyərtiləri ölkəmizdə də əkib becərir və bazarlara çıxarır.

Xren adlı iri yarpaqlı bu göyərtini isə satıcı elə öz qapısında əkib becərib.

Yerli göyərtilər isə son günlərdə qıtlaşıb. Satıcılar bunu havaların isti keçməsi ilə əlaqələndirir. İstilər göyərtiləri yandırdığından qıtlıq yaranıb.

Hazırda göyərtilər Bakı ilə yanaşı bir neçə bölgədən gətirilir.

Göyərtilərin yanında dolmalıq üzüm yarpağı da satılır ki, kilosu 4 manatdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/567318.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR