Toyuq dönəri yeyənlərə xəbərdarlıq edildi - Zəhərlənə bilərsiniz! - VİDEO

Toyuq dönəri yeyənlərə xəbərdarlıq edildi -  Zəhərlənə bilərsiniz! - VİDEO
22:05 27 İyul 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Toyuq dönərinin satışı 10 ildən çoxdur ki, qadağan edilib. Qadağaya baxmayaraq toyuq dönəri satanların sayı ildən-ilə artır. Bu dönərdən istifadə etmək qida zəhərlənmələrinə də səbəb ola bilər.

İllərdir ki, toyuq dönəri qadağan edilsə də, buna əməl edən yoxdur. Paytaxt Bakıda ildən-ilə toyuq dönəri satanların sayı artıb.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, dönərçilər qadağadan xəbərsiz olduqlarını deyirlər.Onlar toyuq dönəri satmalarını müxtəlif cür izah ediblər.
Dönər satanlar israrla bu iş üçün müvafiq qurumlardan icazələrinin olduğunu bildirirlər. Amma icazə ilə bağlı sənədi istəyəndə cavab tapmaqda çətinlik çəkirlər.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, toyuq dönərinin satışı 2006-cı ildən qadağan edilib.2015-ci ilə qədər mərkəz dönərxanaların fəaliyyətinə nəzarət edə bilirdi. Amma sahibkarlıq obyektlərində yoxlamalar dayandırıldığından işbazlar üçün əsl fürsət yaranıb.
Şöbə müdirinin sözlərinə görə isti havalarda məhz toyuq dönərindən qida zəhərlənməsi riski daha yüksəkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/567315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR