Lerikdə broyler fabrikində partlayış - ÖLƏN VƏ YARALANANLAR VAR - VİDEO

Lerikdə broyler fabrikində partlayış - ÖLƏN VƏ YARALANANLAR VAR - VİDEO
22:12 27 İyul 2017
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Lerik rayonunda broyler fabrikində partlayış baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb,2 nəfər xəsarət alıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisəyə qaz sızması səbəb olub. Broyler fabrikinin işçiləri qazanxananı işə salmaq istəyərkən güclü təzyiq nəticəsində qazanxananın qapağı yerindən çıxaraq işçilərə dəyib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, qazsızması partlayışa səbəb olub.nəticədə 1 nəfər ölüb..
Hadisə Lerik rayonunun Piran kəndi ərazisində broyler fabrikinin kəsim sexində baş verib.Fabrikin işçiləri qazanxananı işə salmaq istəyərkən güclü təzyiq nəticəsində qapaq yerindən çıxaraq işçlilərə dəyib.Ətrafda olanlar bildirir ki,fabrikdən güclü səs gəlib.
Nəticədə orada işləyən Lerikin Piran kənd sakini, 35 yaşlı Valeh Məmmədov dünyasını dəyişib. Partlayış nəticəsində daha iki nəfər 39 yaşlı Mehman Əliyev və 42 yaşlı Akif Aslanov xəsarət alıblar.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisəyə qaz sızması səbəb olub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/567321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR