Azərbaycanda telekanal əməkdaşlarına hücum etdilər

Yevlax Mərkəzi Rayon Xəstəxanasında yanğın baş verib.

Mətbuat.az ARB TV-yə istinadən xəbər verir ki, 4-cü mərtəbədə baş verən yanğın səbəbindən xəstəxananın həkim heyəti və xəstələr təxliyyə olunublar.  

Onlar Ağdaş, Mingəçevir və Gəncədəki tibb müəssisələrinə köçürülüblər. 

Hadisə yerinə gələn və yanğını işıqlandıran ARB TV-nin çəkiliş qrupuna özlərini xəstəxananın əməkdaşları adlandıran şəxslər hücum ediblər. 

Telekanal əməkdaşlarına zor tətbiq edərək, çəkilişə mane omağa çalışaraq, texniki avadanlıqlara da zərər yetiriblər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR