Qüdsdə yenidən ara qarışdı: 50 yaralı

Qüdsdə yenidən ara qarışdı: 50 yaralı
22:39 27 İyul 2017
71 Digər
Ölkə mətbuatı
A- A+

Qüdsün tarixi mərkəzində baş vermiş toqquşmalar nəticəsində azı 50 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Qızıl Aypara” cəmiyyətinin məlumatında bildirilir. “Əməkdaşlarımız toqquşmalar zamanı xəsarət alan 56 şəxsə kömək ediblər”, - deyə cəmiyyətin məlumatında bildirilir.  

 

Polisin məlumatına görə, asayiş keşikçilərinin Əl-Aksa məscidi qarşısında toplaşan dindarlar tərəfindən daş-qalaq edilməsi qarşıdurmaya səbəb olub. Polis toqquşmalar zamanı yalnız bir polis əməkdaşının yaralandığını iddia edir.

 

Fələstinlilər isə, öz növbəsində, insidentin baş verməsində israilliləri günahlandırıblar. Onlar israillilərin dindarların Əl-Əksa məscidinə daxil olmasına imkan vermədiklərini iddia ediblər.

 

Polis əməkdaşlarının səsli qumbara və rezin güllələrdən istifadə etdiyi bildirilir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/280093

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR