“Jara-2017” musiqi festivalı “Bakıya qaçaq” mahnısı ilə açılıb - FOTO

“Jara-2017” musiqi festivalı “Bakıya qaçaq” mahnısı ilə açılıb - FOTO
22:42 27 İyul 2017
122 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saatlarında "Sea Breeze Resort" istirahət mərkəzində "Jara-2017" Beynəlxalq Musiqi Festivalı start götürüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əvvəlcə festival iştirakçıları qırmızı xalı üzərindən keçərək KİV nümayəndələrinin suallarını cavablandırıb, pərəstişkarları ilə fotoşəkillər çəkdiriblər. Onlar Azərbaycan qonaqpərvərliyindən heyranlıqla söhbət açıblar. Tədbirin bu hissəsində aparıcılığı Yuliya Lısenko və Slava Nikitin ediblər.

"Jara-2017" Beynəlxalq Musiqi Festivalı atəşfəşanlıqla başlayıb və ilk olaraq EMİN, Ani Lorak və Valeriyanın birgə ifasında "Bakıya qaçaq" mahnısı səsləndirilib.

Məlumat verilib ki, festivala müxtəlif ölkələrdən ümumilikdə 800-dən çox musiqiçi gəlib. Bu gün əlli ifaçı səhnəyə çıxacaq. Qala-konsertdə 2017-ci ilin populyar hitləri səsləndiriləcək.

Qala-konserti Yana Çurikova və Andrey Malaxov aparırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/567329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR