71 məhkum səhvən sərbəst buraxıldı

İngiltərədə Ədalət Nazirliyinin açıqladığı hesabata görə, ölkədə keçən il 71 məhbus səhvən sərbəst buraxılıb. 2015-ci ildə 64 məhkumun səhvən yollanıldığı vurğulanan hesabatda, bu ədədin keçən il 71-ə çıxaraq rekord səviyyəyə çatdığı qeyd edilib. 

Hesabatda, eyni dövrdə həbsxanalarda 97 məhkumun da intihar etdiyi deyilib.

 məlumatına yer verildi.

Məlumat üçün bildirək ki, ötən il səhvən azad edilən məhkumların biri də Ralston Dodd olub. 9 il həbs cəzası almasına baxmayaraq yalnız bir neçə ay sonra azad edilib. Dodd, aldığı həbs cəzasının qeydlərə səhv keçməsindən ötəri sərbəst buraxılmış, təxminən 1 ay davam edən təqib nəticəsində yaxalanmışdı. Ədliyyə Nazirliyi, bunu “çox nadir görülən səhv” kimi qeyd etmişdi.

İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiya həbsxanalarında təxminən 100 min məhkum var.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR