Wikileaks dünyanı sarsıdacaq sənədlər açıqladı

Wikileaks dünyanı sarsıdacaq sənədlər açıqladı
22:52 27 İyul 2017
103 Dünya
Ölkə mətbuatı
A- A+

Wikileaks təşkilatı bu gün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hazırladığı və məsafədən istifadəçilərin kompüterlərinə nəzarət etməyə imkan verən proqramlar barədə sənədlərin yeni qismini dərc edib.

Milli.Az bu barədə Sputnik Azərbaycan-a istinadən xəbər verir.

"Bu gün, iyulun 27-də, Wikileaks MKİ-in Imperial layihəsi barədə sənədləri dərc edir" - təşkilatın saytında bildirilir.

Sənədlərdə MKİ tərəfindən yaradılmış Achilles, Aeris və SeaPea "troyan" proqramlarının iş prinsipləri barədə məlumat var. Bu proqramlar istifadəçinin xəbəri olmadan onun qovluqları və faylları ilə müxtəlif əməliyyatlar keçirə bilir.

Proqramlar Mac OS X, Debian və Solaris kimi əməliyyat sistemlərində istifadə olunurlar.

Wikileaks MKİ-nin həyata keçirdiyi kibercasusluq üsulları haqqında sənədləri bu il martın 7-dən dərc etməyə başlayıb. 

Bu sənədlərə əsasən, hazırlanan proqramlar digər, məsələn, Linux və ya Microsoft Windows əməliyyat sistemləri ilə işləyən kompüterləri, həmçinin smartfonlari məsafədən nəzarətdə saxlaya bilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/567333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR