Azərbaycan neftinin SON QİYMƏTİ

Azərbaycan neftinin SON QİYMƏTİ
23:12 27 İyul 2017
Ölkə mətbuatı
A- A+

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 26-da 51,77 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,65 dollar/barel çoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 26-da 51,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,65 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 26-da 48,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,6 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 26-da 50,09 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,7 dollar/barel azdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/567337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR