"Vəziyyəti düzəltmək şansımız var" - Roman Qriqorçuk

"Vəziyyəti düzəltmək şansımız var"  - Roman Qriqorçuk
03:57 28 İyul 2017
112 İdman
Ölkə mətbuatı
A- A+

“Təəcüblənmədik. Belə oynayacaqlarını bilirdik". Fanat.Az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə “Panatinaikos”la üz-üzə gələn təmsilçimiz uduzub - 0:1. Matçın ardından ukraynalı mütəxəssis oyunu dəyərləndirib:  


“Meydan sahiblərinin layiqli qələbə qazandığını düşünürəm. Ciddi üstünlüklə diqqət çəkdilər. Hesab böyük ola bilərdi. Bacardığımız oyunu ortaya qoya bilmədik. Öz üslubumuza sadiq qalmaq əvəzinə fərqli futbol göstərdik. Buna görə üzgünəm. Vəziyyəti düzəltmək şansımız var. Hazırlığımızın indiki mərhələsində daha düzgün oynayacaq gücdəyik. Cavab oyunu haqda düşünməli, şansımızdan faydalanmalıyıq. İkinci görüşdə ən yaxşı keyfiyyətlərimizdən istifadə etməliyik”.







Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotvziyyti-duzltmk-ansmz-varquot-t59567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR