Bakıda 3 avtomobil toqquşub, xəsarət alan var

Bakıda 3 avtomobil toqquşub, xəsarət alan var
06:32 28 İyul 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyul. REPORT.AZ/ Bakıda 3 avtomobil toqquşub, xəsarət alan var.
"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Kürdəxanı qəsəbəsində "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında dayanan "Vaz 21 07" və "Daewoo" markalı avtomobilə çırpılıb. Zərbə o qədər güclü olub ki, "Vaz 2107"-nin sürücüsü 53 yaşlı Səfərov Səxavət Əlirza oğlunun avtomobilinin önündə dayanarkən xəsarət alıb. Müxtəlif bədən xəsarətləri alan S.Səfərov 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qəza nəticəsində hər üç avtomobil deformasiyaya uğrayıb. Hadisənin baş veridyi ünvana Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hadisəni törədən sürücü saxlanılıb.
Araşdırma aparılır.






Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-3-avtomobil-toqqusub-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR