Koutinyonun qiyməti müəyyənləşib

Koutinyonun qiyməti müəyyənləşib
07:17 28 İyul 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpool" Filippe Koutinyonu başqa kluba buraxmaq istəməsə də, braziliyalı futbolçunun transfer qiymətini açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızılar" 100 milyon avrodan aşağı təklifləri nəzərdən keçirmək niyyətində deyil. 150 milyon avro isə Mersesayd klubunun bonuslarla birgə transferdən götürmək istədiyi məbləğdir. "Barcelona" daha öncə Koutinyo üçün 80 milyon avro ilə qapını döymüş, amma rədd cavabı almışdı. Neymar PSG-yə keçsə, katalonlar əldə edilən pullara onun həmyerlisinin transferini reallaşdırmağa cəhd edə bilər. Daha öncə "Liverpool"un baş məşqçisi Yurqen Klopp, Koutinyonun komandada qalacağını bir neçə dəfə bəyan etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/567274.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR