"Çelsi" futbolçunun müqaviləsini uzadıb icarəyə göndərdi

"Çelsi" futbolçunun müqaviləsini uzadıb icarəyə göndərdi
07:37 28 İyul 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"nin müdafiəçisi Tomaş Kalas klubla müqaviləsini uzadıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu 2022-ci ilə kimi "zadəganlar"ın şərəfini qoruyacaq. Kalasın əvvəlki müqaviləsi 2018-ci ilin yayında qüvvədən düşürdü. Çexiyalı müdafiəçi növbəti mövsümü icarə əsasında "Fulham"də çıxış edəcək. 2010-cu ildə "Çelsi"yə transfer olunan futbolçu ötən mövsüm də "Fulhem"də oynayıb. O, Championship-də çıxdığı 38 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalmışdı. London klubu turnir cədvəlində 6-cə yeri tutsa da, Premyer Liqaya vəsiqə uğrunda keçirilən pley-off oyununda "Riding"ə uduzmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/567277.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR