"Transfer qiymətlərində müəyyən hədd olmalıdır"

"Transfer qiymətlərində müəyyən hədd olmalıdır"
08:32 28 İyul 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un qapıçısı Canluici Buffon da futbolçuların transfer qiymətinin tənzimlənməsinin tərəfdarı kimi çıxış edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli qapıçı indiki halda maliyyə baxımdan güclü klubların üstün durumda olduqlarını qeyd edib.

"Futbolçulara necə qiymət qoyurlar, başım çıxmır.Hər şey pulu çox olanların əlindədir. Bu gün futbolçunun qiyməti 10 milyon, sabah isə 100 milyon avro ola bilər. Müəyyən hədd olmalıdır. Nəyə görə Neymar 600 milyon deyil, 220 milyon avrodur? Bunlar saxta təsir bağışlayır. Mən uşaq olanda babam deyirdi ki, şar şişir, şişir və nəhayət, partlayır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/567227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR