Bakıda sərxoş piyadanı yük avtomobili vurub
Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Kürdəxanı qəsəbəsində 1962-ci il təvəllüdlü Nuriyev Elxan İslam oğlu yolu keçərkən onu "Ford" markalı yük avtomobili vurub. Piyada ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən sürücü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, E.Nuriyev sərxoş vəziyyətdə olub.
Milli.Az