Bakıda taksi sürücüsü mübahisə zamanı intihara cəhd göstərib

Bakıda taksi sürücüsü mübahisə zamanı intihara cəhd göstərib
08:47 28 İyul 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda taksi sürücüsü mübahisə zamanı intihara cəhd göstərib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Bakı-Sumqayıt istiqamətinə taksi fəaliyyəti ilə məşğul olan Sumqayıt sakini 1990-cı il təvəllüdlü Şahverdiyev Səbuhi Nurəddin oğlu metronun 20 Yanvar stansiyasının yaxınlığında yüksək səslə müştəri çağırıb. Ərazidə xidmət göstərən polis əməkdaşları ona ictimai asayişi pozduğuna görə öz iradını bildirib. S.Şahverdiyev onların fikirlərinin əsassız olduğunu dilə gətirib. Nəticədə mübahisə yaranıb. Bu zaman S. Şahverdiyev qol nahiyəsini kəsərək intihara cəhd göstərib. O təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Həkimlərin ilkin tibbi yardımından sonra xəsarət alan şəxs evə buraxılıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/567362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR