Bakıda bərbər müştərisi tərəfindən döyülüb.
Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Hövsan qəsəbəsində bərbər kimi fəaliyyət göstərən 1989-cu il təvəllüdlü Vəliyev Vüsal Asif oğlu müştərisi ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə yekunlaşıb. Nəticədə V.Vəliyev döyülərək müxtəlif bədən xəsarətləri alıb. O 3 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Milli.Az