Məkkə ətrafında ballistik raket vuruldu

Məkkə ətrafında ballistik raket vuruldu
09:17 28 İyul 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

Yəmən ərazisindən atılan raket Səudiyyə Ərəbistanının Məkkə şəhəri ətrafında vurulub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Frans Press" ərəb koalisiyasının komandanlığına istinadən məlumat yayıb.  

Məlumata görə, ballistik raket müqəddəs şəhərdən 69 km cənubda vurulub. Koalisiya raket hücumunu Həcc ziyarətini pozmağa hesablanmış uğursuz cəhd adlandıraraq, insidentə görə məsuliyyəti Yəməndəki üsyançı husilərin üzərinə qoyub.  
 
Xatırladaq ki, Məkkəyə Həcc ziyarəti avqustun sonunda başlayacaq.  

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/567368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR