Ekspert: Şirkətlər gələcək strategiyalarını elektromobillər üzərində qurur

Ekspert: Şirkətlər gələcək strategiyalarını elektromobillər üzərində qurur
09:57 28 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyul. REPORT.AZ/ Ötən il dünyada 750 min elektrikli avtomobil qeydiyyatdan keçib. "Report" Beynəlxalq Energetika Agentliyinə (IEA) istinadən xəbər verir ki, ümumilikdə isə 2017-ci ilin əvvəlinə dünyada 2 mln. ədədə yaxın elektromobil hərəkət edib. 
IEA avtomobil şirkətlərinin açıqlamalarına əsaslanaraq bildirir ki, 2020-ci ilə dünyada 20 mln., 2025-ci ilə isə 50-70 mln. ədəd elektromobil hərəkət edəcək. Bu çox böyük rəqəm olmasa da, elektrikli avtomobil bazarının sürətlə inkişafından xəbər verir. Belə ki, 50 mln. ədəd dünya avtomobil parkının yalnız 5%-ni təşkil edir.
Elektromobillərə keçid neft bazarını təmamilə dəyişməsinə gətirib çıxarmağa başlayıb. "Wood Mackenzie" konsaltinq şirkətinin məlumatına görə, hər il B.Britaniyada 100-ə yaxın yanacaqdoldurma stansiyası fəaliyyətini dayandırır. Bu isə neftə tələbin yaxın zamanlarda maksimal həddə çatmasına və azalmağa başlamasına gətirib çıxaracaq. "Royal Dutch Shell", "BP" və "Total" şirkətləri elektromobillərin enerji əldə etməsi üçün zəruri olan təbii qaz tələbinin artacağını qeyd edir.
Avropalı avtomobil istehsalçıları isə öz növbəsində radikal şəkildə dəyişikliklərin olacağını bildirib. "BMW" şirkətinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Qrehem Biqs (Graham Biggs) qeyd edib ki, elektromobillərə keçid gələcək inkişaf strategiyasının əsasını təşkil edir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/ekspert-sirketler-gelecek-strategiyalarini-elektromobiller-uzerinde-qurur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR