Marinos Uzunidis: "Təəssüf ki, "Qəbələ"yə cəmi bir qol vurduq"

Marinos Uzunidis: "Təəssüf ki, "Qəbələ"yə cəmi bir qol vurduq"
09:57 28 İyul 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

"Panatinaikos"unun baş məşqçisi Marinos Uzunidis Avropa Liqasında "Qəbələ"yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bildirib. Fanat.Az xəbər verir ki, rəqib çalışdırıcı 1:0 hesablı qələbə qazandıqları oyunu şərh edib: 


"Nəticə bizim üçün daha yaxşı ola bilərdi. Amma istənilən halda qələbə qazandıq. Müəyyən problemlərə baxmayaraq, oyuna hazırlıqlı olduğumuzu göstərdik. Bəzi bölümlərdə elə də yaxşı təsir bağışlamadıq. Lakin oyuna nəzarət etdik, rəqibdən daha yaxşı çıxış etdik və daha çox qol vurmağa qadir olduğumuzu göstərdik. Yaxşı müdafiəyə malik olmaqla yanaşı, bu qədər şansı əldən vermək olmaz. Çoxlu qol imkanı yaratdıq. Amma təəssüf ki, cəmi bir qol vurduq. Hər oyunda bu qədər qol vəziyyətini əldən vermək elə də asan deyil. "Rəqib sürətli oyun sərgiləyən komandadı. Bu gün onlar oyunlarını müdafiədən qurmuşdular. İstəyirdilər ki, 7 oyunçu ilə hücuma atılsınlar. Amma biz buna hazır idik. Cavab görüşündə ehtiyatlı və daha yaxşı olmalıyıq ki, mərhələ keçə bilək. Hazırlıq üçün qarşıda bir həftəmiz var".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-marinos-uzunidis-quottssuf-ki-quotqblquoty-cmi-bir-qol-vurduqquot-t59570.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR