SOCAR ilin sonunadək Ukraynada daha iki yeni yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır

SOCAR ilin sonunadək Ukraynada daha iki yeni yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır
10:07 28 İyul 2017
Ölkə mətbuatı
A- A+

Kiyev. 28 iyul. REPORT.AZ / "SOCAR Ukraine" Ticarət Evi 2017-ci ilin sonunadək Ukraynada daha iki yeni yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır. Bu barədə "Report"un Ukrayna bürosuna şirkətinin mətbuat xidmətindən məlumat verilib.
"YDM-in harada və hansı konseptdə olacağı barədə hələlik məlumat verə bilmərik. Lakin əmin edə bilərik ki, həm fəaliyyətdə olan, həm də yeni stansiyalarda biz keyfiyyətli yanacaq təklif edirik, qonaqlarımızı rahat səyahətləri üçün qüsursuz xidmət və əlavə xidmətlərlə təmin edirik", - şirkətdən bildiriblər.
Qeyd edək ki, bu gün "SOCAR Ukraine" şəbəkəsi 60 YDM komplekslərini əhatə edir.
Xatırladaq ki, fevralda SOCAR Kiyevdə Protasov Yar, 13А küçəsində yeni stansiyasını açıb. Stansiya yeni üslubda tikilib.
Yanacaqdoldurma məntəqəsində pulsuz şinlərin doldurulması xidməti, avtoyuma, Wi-Fi, mobil telefonların enerji yüklənməsi, biznes-guşə, həmçinin geniş çeşidli BUTA market təklif edilir.
"SOCAR Ukraine" şirkətindən həmçinin bildirilib ki, şirkətin planlarında Moldovanın neft məhsullarının topdansatış bazarına çıxmaqdır.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-ilin-sonunadek-ukraynada-daha-iki-yeni-yanacaqdoldurma-menteqesi-acmagi-planlasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR