ABŞ senatı Rusiyaya qarşı sanksiyalar haqqında qanunu təsdiqləyib

ABŞ senatı Rusiyaya qarşı sanksiyalar haqqında qanunu təsdiqləyib
10:27 28 İyul 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyul. REPORT.AZ/ ABŞ Konqresinin yuxarı palatası Ağ ev tərəfindən etirazlara baxmayaraq Rusiya, İran və KXDR qarşı yeni sanksiyalar haqqında qanunu böyük üstünlüklə qəbul edib.
Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.
Qanun layihəsinin lehinə 98, əleyhinə isə cəmi iki senator səs verib.
İndi qanun layihəsini prezident Donald Tramp imzalamalıdır.
Bu geniş 184 səhifəlik sənədin təxminən yarısı Rusiyaya həsr olunub. Bu səhifələrdə Amerika siyasətçilərinin Moskvanı ittiham etdikləri bütün müddəalar əksini tapıb: Ukraynaya qarşı hərəkətlər, ABŞ və digər ölkələrin kibertəhlükəsizliyinə qəsd, seçkilərin nəticələrinə təsir göstərmək cəhdləri, Suriyada Bəşər Əsədə dəstək, korrupsiya, insan hüquqlarının pozulması və s.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-senati-rusiyaya-qarsi-sanksiyalar-haqqinda-qanunu-tesdiqleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR