“Neftçala Taxıl”a növbədənkənar rəhbər seçiləcək

“Neftçala Taxıl”a növbədənkənar rəhbər seçiləcək
10:52 28 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyul. REPORT.AZ/ Avqustun 28-də, saat 11:00-da “Neftçala Taxıl” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq müəssisənin yerləşdiyi Neftçala şəhərində - Neftaçala-Salyan şosesinin 6-cı kilometrində olacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin icra rəhbərinin növbədənkənar yenidən seçilməsi, Cəmiyyətin nizamnaməsinin 2-ci redaksiyada təsdiq edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Neftçala Taxıl” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 325712 manatdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/neftcala-taxil-a-novbedenkenar-rehber-secilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR