Bolqarıstanda rusiyalı turistlərlə dolu avtobus yandı

Bolqarıstanda rusiyalı turistlərlə dolu avtobus yandı
11:05 28 İyul 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

Bolqarıstanda içərisində rusiyalı turistlər olan avtobus yanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ölkə DİN-i insident zamanı xəsarət alanların olmadığını bildirib.

Məlumata görə, hadisə Burqas və Çernomorets şəhərləri arasındakı avtotrasda baş verib.

Avtobusda yanğın səhər saatlarında baş verib. Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub. Sərnişinlər başqa avtobusla yola salınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/567421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR