“Neftçi” futbolçusunu Venesuella klubuna icarəyə verdi

“Neftçi” futbolçusunu Venesuella klubuna icarəyə verdi
11:17 28 İyul 2017
31 İdman
Ölkə mətbuatı
A- A+

Daha bir futbolçu “Neftçi”ni tərk edib. Fanat.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, söhbət yarımmüdafiəçi Edson Kastilyodan gedir.

 

Venesuelalı futbolçu karyerasını ölkəsi Venesuelada davam etdirəcək. 23 yaşlı futbolçu “Mineros Quayana” klubuna icarəyə verilib. Müqavilə ilə “ağ-qaralar”a məxsus olan Kastilyo bu ilin sonuna qədər Puerto-Ordas şəhəri təmsilçisinin formasını geyinəcək.

 

Qeyd edək ki, Edson Kastilyo “Neftçi”yə ötən ilin yayında məhz “Mineros Quayana”dan keçib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-neftci-futbolcusunu-venesuella-klubuna-icary-verdi-t59573.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR