"İnter"in yeni baş məşqçisi: Savanadzeni kim əvəzləyəcək? - ÖZƏL

"İnter"in yeni baş məşqçisi: Savanadzeni kim əvəzləyəcək? -   ÖZƏL
11:17 28 İyul 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

"İnter"in baş məşqçi postunda dəyişiklik olacaq. Fanat.Az-a verilən məlumata görə əvəzedici komandanın koordinatoru qismində çalışan Ramiz Məmmədov Zaur Svanadzenin postunu tutacaq.


Avroliqanın 2-ci təsnifat mərhələsində evdə 1:0 hesabıyla yendiyi Lüksemburq "Fola"sına səfərdə 1:4 hesabıyla uduzaraq mübarizəni dayandıran "ağ-göylər"in gürcü baş məşqçisi də göndəriləcəyindən xəbərdardı. Bakı klubuyla olan müqaviləsinin müddəti bu ayın sonunda başa çatan Svanadze uzağı 2018-ci ilin yanvarına qədər hazırkı iş yerində çalışacaq. Klub prezidenti Zaur Axundovun onu göndərməyə tələsməməsinin səbəbi də bəllidi. Rəhbərlik Svanadze və köməkçilərinə müəyyən məbləğdə pul ödəməlidi. Sözügedən mütəxəssis və yardımçiları son 3 ayın əməkhaqqını almayıb. Digər tərəfdən, "İnter"ə tətbiq edilən məlum transfer qadağasının məhz yanvarda aradan qaldırılacağı da unudulmamalıdı. Başqan yerli çalışdırıcını "sınıq-salxaq" heyətlə baş-başa buraxmaq niyyətində deyil. Qışadək həm Svanadze və yardımçıları klubun onlara borclu olduğu məbləği hissə-hissə alacaq, həm də Məmmədov öz komandasını qurmaq imkanı yaxalayacaq. 


Hərçənd Svanadze - Məmmədov dəyişikliyi daha erkən də reallaşa bilər. Əsas komandanın məşqçilər korpusunda təmsil olunanları qışı gözləmədən razı yola salsalar, hər hansı problem qalmayacaq. Sual yaranır: sözləşməsinin müddəti bu ay bitən gürcü və ətrafındakılar yeni anlaşmaya qol çəkəcəkmi? Çəkə də bilərlər, çəkməyə də... Hətta futbol ictimaiyyətinə "anlaşma imzalandı, Svanadze qaldı" mesajı göndərilsə də, bu, formal xarakter daşıyacaq. Bütün hallarda, rəhbərlik qərarını verib. Məmmədov yanvarı gözləyir.



Fanat.Az   


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotnterquotin-yeni-ba-mqcisi-savanadzeni-kim-vzlyck-t59566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR