Bu ölkədə dəfn zamanı rəqs edir, əylənir, oxuyurlar - VİDEO - FOTO

Bu ölkədə dəfn zamanı rəqs edir, əylənir, oxuyurlar - VİDEO - FOTO
11:57 28 İyul 2017
Ölkə mətbuatı
A- A+

"Dünyasını dəyişən insanı ağlaşma, matəm, kədərlə yola salmaq olmaz. Əgər o daha yaxşı dünyadadırsa, buna ağlamaq yox, sevinmək gərəkdir".

Qananın paytaxtı Akkrada yaşayan Con Stevenze belə deyir.

O, 67 yaşlı anası Miriamın dəfn mərasiminə "ballbearers" adlanan xüsusi dəfn qrupunu çağırıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, xüsusi dəfn şirkətlərinin işçiləri olan bu şəxslər yas mərasiminə gəlir, tabutu çiyinlərinə alır, rəqs edir, mahnı oxuyurlar.

Xoreoqrafik dəfn Qanada çox məşhurdur.

Rəqsli, mahnılı dəfnin sifarişi ucuz deyil. Belə ki, ən aşağı qiymət 2 min dollardır. Orta qiymət isə 12-14 min dollar arasnıdadır.

"Anam Tanrının hüzuruna rəqs edərək getdi. Bundan gözəl nə ola bilər?!" - 63 yaşında vəfat etmiş Antaara Siverenin qızı Aşnara deyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bu ölkədə dəfn zamanı rəqs edir, əylənir, oxuyurlar	- 1

Bu ölkədə dəfn zamanı rəqs edir, əylənir, oxuyurlar


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/567377.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR