ABŞ hərbi bazasında terrorçuların toplantısı təşkil edildi

ABŞ hərbi bazasında terrorçuların toplantısı təşkil edildi
11:58 28 İyul 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

PKK terror təşkilatının Suriya qolu PYD ABŞ-ın Suriyadakı hərbi bazasında toplantı keçirib.

Publika.az xəbər verir ki, Suriyanın şimalındakı kantonların “rəhbərləri”nin keçirdiyi toplantıda PKK tərəfindən işğal edilən bölgələrdə federalizmin elanı mövzusu müzakirə edilib.

ABŞ-ın nəzarəti altında keçirilən toplantıda 2015-ci ildə işğal edilən, nüfuzunun əksəriyyətini ərəb və türkmənlər təşkil edən Təl Abyad bölgəsinin müstəqil kanton olması qərara alınıb.

Tədbirə rəhbərlik edən Mənsur Sallum PKK terror təşkilatına aid bölgələrdə müstəqil rəhbərliyin çox yaxın zamanda elan ediləcəyini bildirib.

Qeyd edək ki, toplantının keçirildiyi Rimeylan hərbi bazası ABŞ ordusu tərəfindən qurulub. Bu baza İŞİD-ə qarşı savaş bəhanəsilə havadan və qurudan silah daşınmasının gerçəkləşdiyi hərbi mərkəz özəlliyi daşıyır. Rimeylanda hələ də 200-dən çox ABŞ əsgəri xidmət etməkdədir.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/207811.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR