Biləsuvarda QORXUNC OLAY: 9 yaşlı oğlan 7 yaşlı uşağı GÜLLƏLƏDİ

Biləsuvarda QORXUNC OLAY: 9 yaşlı oğlan 7 yaşlı uşağı GÜLLƏLƏDİ
12:03 28 İyul 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvar rayonu Günəşli kəndində azyaşlı öz qohumunu tüfənglə vuraraq öldürüb.

Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, 2008-ci il təvəllüdlü Bəxtiyar Gözəlov 2010-cu il təvəllüdlü Səbinə Qasımovanı ov tüfəngilə güllələyərək öldürüb. Bəxtiyar bir atəşlə Səbinəni vurub, qız hadisə yerində dünyasını dəyişib. Onlar dayıoğlu bibiqızı imişlər. Sakinlər hadisənin ehtiyatsızlıqdan baş verdiyi deyir.

Hazırda Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/207816.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR