"Kəpəz" milli komandaya uduzdu

"Kəpəz" milli komandaya uduzdu
12:05 28 İyul 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

"Kəpəz"in əvəzedici heyəti yeni mövsümə hazırlıq dövründə daha bir yoxlama oyununda qüvvəsini sınayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, komanda Qaxda təlim-məşq toplanışında olan 17 yaşlılardan ibarət Azərbaycan yığma komandası ilə qarşılaşıb. Oyun millinin 2:0 hesablı qələbəsi ilə nəticələnib. U-17 hər hissədə bir dəfə fərqlənib.

Əvəzedicilər hazırlıq müddətində növbəti yoxlama oyununu iyulun 30-da keçirəcək. "Sarı-göylər" bir müddət öncə fəaliyyətini bərpa edən Yevlaxın "Karvan" klubu ilə üz-üzə gələcək. Oyun Yevlax şəhər stadionunda saat 18:00-da başlayacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/567436.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR