Bakı-Qazax yolunda dəhşətli qəza: yaralılar var

Bakı-Qazax yolunda dəhşətli qəza: yaralılar var
12:05 28 İyul 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax avtomobil yolunda pendir daşıyan yük maşını minik maşını ilə toqquşub.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında, Bakı-Qazax magistralının Goranboy rayonu ərazisindən keçən hissəsində baş verib. Dövlət nömrə nişanı 09-AC-344 olan "Hundai" markalı yük maşını sürətlə hərəkətdə olan zaman "Mercedes" markalı minik avtomobilə ilə toqquşub. Nəticədə içərisində 3 sərnişin olan "Mercedes" zərbənin gücündən yoldan çıxaraq aşıb. Hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə zamanı "Mercedes" markalı avtomobildə olan 3 sərnişin xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/567454.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR