Rusiyanın qızıl-valyuta ehtiyatları 415 mlrd. dollara çatıb

Rusiyanın qızıl-valyuta ehtiyatları 415 mlrd. dollara çatıb
12:07 28 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyul. REPORT.AZ/ Rusiyanın qızıl-valyuta ehtiyatları 15-21 iyul həftəsində 2,1 mlrd. ABŞ dolları və ya 0,5% artaraq 414,7 mlrd. dollara çatıb. "Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Bankı (Mərkəzi Bank) məlumat yayıb.
"Thomson Reuters" agentliyinin məlumatına görə, Rusiya Bankı qızıl ehtiyatlarında artım həcminə görə dünya mərkəzi bankları arasında ardıcıl 5 ildir liderdir. Xatırladaq ki, Rusiya Bankı 2016-cı ildə 201 ton qiymətli metal alıb.
Qeyd edək ki, son maliyyə böhranında Rusiyanın beynəlxalq ehtiyatları 2015-ci il aprelin 30-da minimal səviyyə - 350,5 mlrd. dollara kimi geriləyib. Hazırda ehtiyatlar bu səviyyədən 64,2 mlrd. dollar və ya 18,3% çoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiyanin-qizil-valyuta-ehtiyatlari-415-mlrd-dollara-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR