Broyler fabrikində baş vermiş partlayışla bağlı cinayət işi başladıldı

Broyler fabrikində baş vermiş partlayışla bağlı cinayət işi başladıldı
12:12 28 İyul 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Lerik rayonunun Piran kəndində quşçuluq müəssisəsində baş vermiş partlayışla bağlı cinayət işi başlanıb.

Milli.Az bu barədə DİN-ə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, Piran kənd sakini Valeh Məmmədov bədbəxt hadisə nəticəsində ölüb.

Qeyd olunur ki, iyulun 27-də saat 11 radələrində Lerik rayonunun Piran kəndi ərazisində yerləşən quşçuluq müəssisəsinin kəsim sexində, orada çilingər işləyən kənd sakini Valeh Məmmədov su qızdırmaq üçün quraşdırılan qazanın alışdırıcısında yaranan nasazlığı aradan qaldırarkən ani partlayış baş verib və nəticədə V.Məmmədov hadisə yerində ölüb.

Orada fəhlə işləyən kənd sakinləri Mehman Mirzəyev və Akif Aslanov isə xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/567455.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR