"Barselona" yetirməsi MLS klubunda

"Barselona" yetirməsi MLS klubunda
12:37 28 İyul 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

"Villarreal"ın yarımmüdafiəçisi Xonatan Dos Santos karyerasını okeanın o tayında davam etdirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu "LA Galaxy" ilə anlaşıb. Müqavilə müddəti açıqlanmır. Transferin 5 milyon dollara başa gəldiyi ehtimal olunur. Los-Anceles klubunda Xonatanın qardaşı Covanni də forma geyinir. Hər iki qardaş Meksika millisinin də şərəfini qoruyur.

Xonatan Dos Santos "La Masia" yetirməsidir. O, 2009-14-cü illərdə katalon klubunun əsas komandasında 14 oyun keçirib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/567449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR