Mövsümün 10-cu üzüntüsü

Mövsümün 10-cu üzüntüsü
12:57 28 İyul 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan klubları avrokubokların cari mövsümündə 10-cu qolunu buraxıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,yubiley topunu "Qəbələ" buraxıb.

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda Yunanıstan "Panatinaikos"u ilə qarşılaşan "qırmızı-qaralar"ın 0:1 hesablı məğlubiyyəti ilə buraxılan qol sayı 10-a çatıb. Həmin qolu penaltidən Gilyerme Molins vurub.

Bu qollardan yalnız ikisi "Qəbələ"nin qapısına vurulubsa, "İnter"lə "Zirə" daha çox - hərəyə 4 top buraxıb. "Qarabağ" cari mövsümdə qol buraxmayan yeganə komandamızdı.

Qeyd edək ki, mövsümün 14 qarşılaşmasında 8 qələbə qazanıb, 3 heç-heçə və eyni sayda məğlubiyyəti olan təmsilçilərimiz 21 qol vurub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/567443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR