"Bakıda diqqətli olmalıyıq" - Molins

"Bakıda diqqətli olmalıyıq" - Molins
13:12 28 İyul 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

"Ötən illə müqayisədə indi kollektivdə ab-hava daha yaxşıdı. Yayda komandaya yeni oyunçular gəldi və onlar müəyyən düzəlişlər etdilər".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,bunu "Panatinaikos"un hücumçusu Gilyermo Molins deyib.

UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ"ni qəbul edən Afina təmsilçisi məhz İsveç millisinin sabiq üzvünün yeganə qolu sayəsində 1:0 hesablı qələbəyə sevinib.

Yerli mətbuata açıqlamasında matçı dəyərləndirən 29 yaşlı Uruqvay əsilli oyunçu artıq cavab qarşılaşmasına köklənəcəklərini söyləyib: "Biz doğru yoldayıq. Yaxşı oyun keçirdik və intizamlı çıxış etdik. Ancaq qarşıda bizi hələ daha bir ağır matç gözləyir. Səfərdə 90 dəqiqəlik mübarizəmiz olacaq. Bakıda diqqətli olmalıyıq".

37-ci dəqiqədə penaltidən fərqlənən Molins əlinə düşən şanslardan yararlanmağa çalışdığını bildirib: "Ciddi zədə aldığım üçün uzun müddət komandadan ayrı qalmışdım. Kollektivə dönmək çox vaxtımı aldı. Ancaq indi hər şey qaydasındadı. Baş məşqçi də mənə şans verir. Hücumçu şans əldə edəndə, qarşısına hədəflər qoyur. Mən də belə etdim".

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 3-də 8-ci km qəsəbə stadionunda keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/567441.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR