Sankt-Peterburqda terror aktlarının hazırlanmasına görə 7 nəfər saxlanılıb

Sankt-Peterburqda terror aktlarının hazırlanmasına görə 7 nəfər saxlanılıb
13:42 28 İyul 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyul. REPORT.AZ / Rusiya Federal Təhlükəsizlik Xidməti Sankt-Peterburqda, o cümlədən dəmiryolunda terror aktlarının hazırlanmasına görə Mərkəzi Asiya mənşəli 7 nəfəri saxlayıb.
"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya FTX-dən bildirilib.
Saxlanılanların şəxsiyyətləri istintaq sirri olduğundan açıqlanmır. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunun "Sennaya ploşad" və "Texnoloqiçeski institut-2" stansiyaları arasında partlayış baş verib. Terror aktı zamanı 16 nəfər, o cümlədən terrorçu Akbarjon Cəlilov, ölüb. Bu terror aktının araşdırılması çərçivəsində 10 nəfər həbs edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/sankt-peterburqda-terror-aktlarinin-hazirlanmasina-gore-7-nefer-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR