Donald Trampın çəkdiyi şəkil hərracda 29 min dollara satılıb

Donald Trampın çəkdiyi şəkil hərracda 29 min dollara satılıb
13:52 28 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyul. REPORT.AZ / ABŞ prezidenti Donald Trampın çəkdiyi şəkil hərracda 29 min dollara satılıb.
"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə "Nate D. Sanders Auctions" hərrac evinin rəsmi saytında bildirilir.
Lotun başlanğıc qiyməti 9 min dollar olub. Bu şəkli Tramp 2005-ci ildə xeyriyyə təşkilatı üçün qara markerlə çəkib.
Amerika prezidenti Nyu-Yorkdakı "Tramp Tower" göydələnini təsvir edib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/donald-trampin-cekdiyi-sekil-herracda-29-min-dollara-satilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR