Polis 50 yaşdan aşağı müsəlmanlara Qüdsdə namaz qılmağa icazə vermir

Polis 50 yaşdan aşağı müsəlmanlara Qüdsdə namaz qılmağa icazə vermir
13:57 28 İyul 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyul. REPORT.AZ/ İsrail polisi Qüdsün tarixi mərkəzində cümə ibadəti üçün müsəlmanların girişinə yenidən yaş məhdudiyyəti qoyub və iğtişaşların davam etdirilməsindən ehtiyat edərək polisin sayını artırıb. 
"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, polisdən Məbəd dağına girişin yalnız 50 yaşdan yuxarı kişilərə və yaş məhdudiyyəti olmadan qadınlara icazə verildiyi bildirilib.
Minlərlə hüquq-mühafizə orqanının əməkdaşları Qüdsün ən problemli yerlərinə, o cümlədən tarixi mərkəzə, cəlb edilib, bəzi yollar avtonəqliyyatın hərəkəti üçün bağlanıb.
Dünən axşam Məbəd dağında polislə dindarlar arasında toqquşmalar baş verib. Həkimlərin məlumatına görə, iğtişaşlar zamanı 120 nəfər xəsarət alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/polis-50-yasdan-asagi-muselmanlara-qudsde-namaz-qilmaga-icaze-vermir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR