75 milyonluq futbolçu arvadından boşandı - FOTOLAR

75 milyonluq futbolçu arvadından boşandı -   FOTOLAR
14:07 28 İyul 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın "Bavariya"ya icarəyə verdiyi Xames Rodriges həyat yoldaşı Daniela Ospinadan boşanıb. Fanat.Az xəbər verir ki, cütlüyün 6 illik ailə həyatı başa çatıb.


Bu barədə Ospinanın nümayəndəsi sosial mediada məlumat yayıb. "Arsenal"da forma geyinən qapıçı David Ospinan?n bacısı olan Danielanın Xamesdən bir qızı var.


Onların ayrılması ilə bağlı bir müddətdi məlumatlar yayılırdı. Rodriges Almaniyaya köçəndən sonra Daniela Kolumbiyaya dönmüşdü. 


Tatyana Zuluaqa cütlüyün normal şəkildə ayrıldığını, bir-birilərinə olan sevgi və hörmətin hər zaman davam edəcəyini bildirib.



Qeyd edək ki, cütlük evlənəndə Xames 19, Daniela 18 yaşında olub. 7 illik həyat yoldaşından boşanan Rodriges 2014-cü ildə "Real"a 75 milyon avroya transfer olunmuşdu.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-75-milyonluq-futbolcu-arvadndan-boand-t59576.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR