Peterburqda terror aktı hazırlamaqda şübhəli bilinən 7 nəfər saxlanıldı

Peterburqda terror aktı hazırlamaqda şübhəli bilinən 7 nəfər saxlanıldı
14:12 28 İyul 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sankt-Peterburqda terror aktı hazırlamaqda şübhəli bilinən 7 nəfəri saxlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, saxlanılan şəxslərin hamısı Orta Asiya ölkələrinin vətəndaşlarıdır.
 
Onlar dəmiryolu nəqliyyatında və insanların sıx toplaşdığı yerlərdə terror aktları həyata keçirmək istəyib. Saxlanılanların şəxsiyyətləri açıqlanmasa da, müvafiq əməliyyat-istintaq işləri aparılır. 
 
Rusiya Baş Prokurorluğun məlumatına görə, bu ilin ilk yarısında hüquq-mühafizə orqanları 12 terror aktının qarşısını alıb. Qeyd edək ki, apreldə Sankt-Peterburq metrosunda baş verən terror nəticəsində 16 nəfər ölüb. Partlayış zamanı bir azərbaycanlı ölüb, digəri isə yaralanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/567499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR