Norveç atıcısı: "Azərbaycan beynəlxalq yarışları yüksək səviyyədə təşkil edir" - FOTO

Norveç atıcısı: "Azərbaycan beynəlxalq yarışları yüksək səviyyədə təşkil edir" - FOTO
14:22 28 İyul 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

"Azərbaycan beynəlxalq yarışları yüksək səviyyədə təşkil edir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Bakıda keçirilən Atıcılıq üzrə Avropa Çepmionatının Norveçdən olan iştirakçısı Paal Hembre deyib.

P.Hembre vurğulayıb ki, artıq üçüncü dəfədir Azərbaycana gəlir: "Artıq üçüncü dəfədir ki, Azərbaycana gəlirəm. Bundan əvvəl birinci Avropa Oyunlarında və Qəbələdə keçirilən Atıcılıq üzrə Dünya Kubokunda iştirak etmişəm. Azərbaycan hər biri yarışı yüksək səviyyədə təşkil edib və bu yarışmada da iştirakçılar üçün hər cür şərait yaradılıb".

Norveçli iştirakçı ölkəmizi çox bəyəndiyini diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanın gözəl təbiəti, infrastrukturu və qonaqpərvər xalqı var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/567508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR