Bu gün ABŞ iqtisadiyyatı ilə bağlı II rübün göstəricisi açıqlanacaq

Bu gün ABŞ iqtisadiyyatı ilə bağlı II rübün göstəricisi açıqlanacaq
14:27 28 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyul. REPORT.AZ/ Bu gün ABŞ-da II rüb iqtisadi artım tempi göstəricisinin ilkin variantı açıqlanacaq. "Report" xəbər verir ki, "Reuters" agentliyi tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən, analitiklər dünənə qədər ÜDM-in 2,6% artacağını proqnozlaşdırırdılarsa, hazırda bu ehtimal 3,5%-ə qədər yüksəlib. Buna səbəb pərakəndə və topdan satışda mənfəətliliyin kəskin artması olub. Xatırladaq ki, ilk rübdə ABŞ iqtisadiyyatı 1,4% artıma nail olub.
ÜDM-də mümkün sürətli artım və əmək bazarının möhkəmlənməsi FED-i sentyabr ayında balansını azaltmağa, dekabrda isə faizləri yüksəltməyə vadar edə bilər. "Wells Fargo Securities"in Şarlottada yerləşən şöbəsinin baş iqtisadçısı Sem Bullard hesab edir ki, "FED hazırda monetar siyasətdə sərtləşməyə başlamaq üçün bəhanə axtarır".
Ekspertlər II rübdə iqtisadi artımın gözləntiləri aşması halında belə il ərzində ÜDM-in 2,5%-i ötməyəcəyini bildirirlər. "Report"un analitik qrupu bildirir ki, bu gün ÜDM gözləntilərdən çox artdığı məlum olarsa, dollarda kəskin bahalaşma müşahidə olunacaq. USD/EUR məzənnəsi isə cari 1,17 səviyyəsindən 1,15-ə qədər düşə bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bu-gun-abs-iqtisadiyyati-ile-bagli-ii-rubun-gostericisi-aciqlanacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR