Şəkidə reyd: 70-dən çox sürücü saxlanıldı - FOTO

Şəkidə reyd: 70-dən çox sürücü saxlanıldı - FOTO
14:47 28 İyul 2017
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəki şəhərində Baş Dövlət Yol Polisi İdarəsi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti şimal-qərb bölgəsində qaydaları pozan sürücülərə qarşı reyd keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, Şəki və Balakəndə keçirilən reydlər zamanı 70-dən çox avtonəqliyyat vasitəsi saxlanılıb. Yol hərəkəti və hərəkətin təhlükəsizliyi, sərnişin və yükdaşıma qaydalarının pozulması, fərqlənmə nişanı, xüsusi fərqlənmə nişanı, marşrut kartı olmayan və avtovağzallarda müvafiq sənədləşməni aparmayan avtobus sürücüləri barədə qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Reydlər iyulun 31-nə qədər davam edəcək.

Reyd sürücülərin əhaliyə xidmətinin şəffaf və yüksək səviyyədə təmin olunması məqsədi daşıyır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/567511.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR