Azərbaycanla Peru arasında səfərlərin təşkili, XİN-lər səviyyəsində siyasi məsləhətləşmələrin aparılması məsələləri müzakirə olunub

Azərbaycanla Peru arasında səfərlərin təşkili, XİN-lər səviyyəsində siyasi məsləhətləşmələrin aparılması məsələləri müzakirə olunub
14:57 28 İyul 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyul. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Perunun ölkəmizə yeni təyin edilmiş müvəqqəti işlər vəkili Luis Çanq Boldrinini qəbul edib
Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, nazir Luis Çanq Boldrinini müvəqqəti işlər vəkili qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib, Perunun Azərbaycanda səfirliyinin açılması və Azərbaycanın Peruda diplomatik nümayəndəliyinin fəaliyyət göstərməsinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verdiyini diqqətə çatdırıb.
Luis Çanq Boldrini fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə qarşılıqlı səfərlərin təşkili, XİN-lər səviyyəsində siyasi məsləhətləşmələrin aparılması və əməkdaşlığın müxtəlif sahələri üzrə müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyi vurğulanıb. İki ölkə arasında kənd-təssürrüfatı, enerji, qarşılıqlı sərmayələrin qoyulması, turizm və mədəniyyət və təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd olunub.



Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycanla-peru-arasinda-seferlerin-teskili-xi-n-ler-seviyyesinde-siyasi-meslehetlesmelerin-aparil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR