"Bakı-Supsa neft kəməri fasiləsiz işləyəcək".
Publika.az APA-ya istinadən xəbər verir ki, bunu
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət
naziri Ketevan Tsixelaşvili deyib.
Onun sözlərinə görə, boru kəmərinin bir hissəsinin işğal olunmuş
ərazilərdə qalmasına rəğmən, dövlət onun problemsiz işləməsi üçün
hər şey edir.
"Boru kəmərinin fasiləsiz işləməsi bizim üçün əsas prioritet
məsələlərdən biridir. Bakı-Supsa kəməri çox vacib strateji
obyektdir və təbii ki, onun təhlükəsizliyinin təmin olunması ilə
bağlı bütün tədbirlər həyata keçiriləcək", - deyə K. Tsixelaşvili
bildirib.
Qeyd edək ki, Bakı-Tbilisi-Supsa neft kəmərinin Gürcüstanın
Karapila kəndi ərazisindən keçən hissəsi Cənubi Osetiya
separatçılarının nəzarətinə keçib.