"Facebook"un kapitallaşması ilk dəfə 500 mlrd. dolları ötüb

"Facebook"un kapitallaşması ilk dəfə 500 mlrd. dolları ötüb
15:07 28 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyul. REPORT.AZ/ "Facebook" şirkətinin kapitallaşması dünən ilk dəfə olaraq 500 mlrd. ABŞ dolları səviyyəsini keçib. "Report" "CNNMoney"ə istinadən xəbər verir ki, bu barədə "NASDAQ" texnologiya birjası məlumat yayıb. Nəticədə, "Facebook"un səhmləri 3,3% bahalaşaraq 171,5 dollara satılıb.
Qeyd edək ki, iyulun 26-da digər onlayn ticarət şirkəti - "Amazon"un kapitallaşması 500 mlrd. dollar səviyyəsini ötüb və onun qurucusu Cef Bezos (Jeff Bezos) qısamüddətli də olsa dünyanın ən zəngin insanına çevrilib. 8 saat sonra isə o, yenidən liderliyi "Microsoft" şirkətinin qurucusu Bil Geytsə (Bill Gates) ötürüb. Buna səbəb, "Amazon"un II rüb mənfəətinin ötən illə müqayisədə 77% azalması olub.
Xatırladaq ki, kapitallaşması yarım trilyon dollardan çox olan 3 texnologiya şirkəti var. Bu, "Apple" (798 mlrd. dollar), "Google" (667 mlrd. dollar) və "Microsoft"dur (571 mlrd. dollar).

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/facebook-un-kapitallasmasi-ilk-defe-500-mlrd-dollari-otub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR